30 İL SONRA MÖHTƏŞƏM QƏLƏBƏ
30 İL SONRA MÖHTƏŞƏM QƏLƏBƏ
Dünən futbol azarkeşləri Avro 2008-in C qrupunda iki gərgin mübarizənin şahidi oldu. Günün ilk oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürdü. Meydanda mübarizə aparan komandalar isə Rumıniya və Fransa yığmaları oldu. Oyun qarşılıqlı hücumlarla keçsə də hər iki komanda hesabı açmağa nail ola bilmədi. Qarşılaşma bu hesabla da başa çatdı. Günün ikinci qarşılaşması isə daha maraqlı keçdi. İki əzəli rəqib yenidən üz-üzə idi. Hollandiya və İtaliya... Onu qeyd edək ki, Hollandiya millisi düz 30 ildir ki, İtaliya millisini heç cür məğlub edə bilmir. Amma bu oyun heç kimi gözləmədiyi bir sonluqla qurtardı. 26-cı dəqiqədə rumınlar topu tora göndərməyə müvəffəq oldular. Amma görünür bu cür çempionatlarda da hakim səhvləri qaçılmazdır. Bu qol ofsayt vəziyyətindən vurulsa da hesaba alındı. Hollandlar sanki bunu gözləyirdilər. 5 dəqiqəqə sonra Sneyder italyanları meydanın mərkəzinə ikinci dəfə dəvət etdi. İlk hissə elə bu hesabla da başa çatdı. Oyunda son nöqtəni isə Van Bronkhorst 79-cu dəqiqədə qoydu. Bununla da 30 il sonra hollandlar italyanlar üzərində ilk qələbələrini bayram etməyə müvəffəq oldular.