30 TUR: ASEN NİKOLOV "TURAN"A QƏLƏBƏ QAZANDIRIR

single-news
3 May 2005

30 TUR: ASEN NİKOLOV "TURAN"A QƏLƏBƏ QAZANDIRIR



30-cu tura bu gün start verildi. Günün mərkəzi matçı Tovuzda "Turan"la "İnter" arasında keçirildi. 49-cu dəqiqədə A.Nikolovun zərbəsi oyunda yeganə oldu və "Turan" prinsipial matçda qələbə qazana bildi. "Xəzər-L" öz meydançasında "Ədliyyə"nin qapısından altı top keçirdərək, əvəzində öz qapısından yalnız bir top buraxdı. "Karvan"da Yevlaxda çətinlik çəkmədən "Göyəzən"i məğlub etdi: 4:1 Digər oyunlar belə nəticələnmişdir: ”Şəmkir” - “Bakılı” 3:0 ”Bakı” - “MKT-Araz” 1:0 ”Şahdağ-Samur” - “Gənclərbirliyi” 3:1 ”Gəncə” - “Karat” 4:1 Turun derbi matçı isə sabah keçiriləcək. "Qarabağ" "Neftçi"nı qəbul edəcək. Klubumuza uğurlar arzulayırıq.

Paylaş