316 gün sonra

18 Fev 2019
316 gün sonra
"Qarabağ"ımızın Azərbaycan Premyer Liqasının XVII turunda "Qəbələ"ni 2:1 hesabıyla məğlub etdiyi qarşılaşma futbolçumuz Riçard Almeyda üçün əlamətdar olub. Belə ki, bu matçın 4-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan yarımmüdafiəçimiz 316 gün sonra yenidən "Qarabağ" formasıyla fərqlənib. Sonuncu dəfə ötən ilin aprelin 7-si baş tutan "Səbail"lə oyunda qol vuran Almeyda komandamızda qol sayını da 51-ə çatdırıb.