4 futbolçumuz U-17-də

31 May 2025
4 futbolçumuz U-17-də
Klubumuzun 4 futbolçusu Azərbaycanın U-17 millisinə çağırılıb. Uğur Qurbanlı, Onu Əliyev, Eldar Abbasov və Əli Bəşirov 17 yaşadək futbolçulardan ibarət yığmanın iyunun 1-11-də Qəbələdə təlim-məşq toplanışında olacaqlar.
U-17 millimiz hazırlıq çərçivəsində iyunun 6-da Qazaxıstan, 10-da isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama görüşü keçirəcək.