4 LEGİONER BAXIŞDADIR . . .
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/1763.jpg)
15 Yan 2006
4 LEGİONER BAXIŞDADIR . . .
“Qarabağ” birinci dövrə başa çatdıqdan sonra doqquz futbolçu ilə yollarını ayırdı.Heyəti gücləndirmək üçün daha səviyyəli futbolçulara eytiyacı olan “Qarabağ” əməli fəaliyyətə başladı. Artıq dörd legioner futbolçu komandanın düşərgəsində baxışdadır. Bu futbolçular bir neçə gün ərzində Baş Məşqçimizin etimadını qazanmağa çalışacaqlar...
1. Lısak İgor Nikolayeviç – 1975-ci il təvəllüdlü bu futbolçu müdafiənin həm sağ, həm də sol tərəfində oynayır. 181 sm boya malik müdafiəçinin son klubu Almaniyanın “Vatnsayn” komandası olub.
2. Roman Ududov – 1975-ci il təvəllüdlüdür. Nijni-Novqorodun “Volqa” komandasının şərəfini qorumuş futbolçunun ampluası hücumçudur.
3. Valeriy Sviryov – Müdafiəyə meylli yarımmüdafiəçi 1974-cü il doğumludur. Son komandası Stavrapolun “Dinamo” komandası oluan futbolçunun boyu 177, çəkisi 77 kg-dır.
4. Damir Əbdürrəhmanov - 1977-ci il doğumlu futbolçunun ampluası sağ müdafiəçidir. Futbolçunun 2006-cı ilin avqust ayına qədər Minsk “Darida”sı ilə müqaviləsi var.
Bu futbolçuların komandada qalıb qalmayacağı barədə son fikri Baş Məşqçimiz Zagulbadakı təlim-məşq prosesinin sonunda bildirəcək.