4 MƏŞQÇİMIZ KATEQORİYA ALDI
4 MƏŞQÇİMIZ KATEQORİYA ALDI
“Qarabağ” Futbol klubu hər zaman kadrlarının təkmilləşməyə, özünü yetişdirməyə xüsusu qiymət verib. Bu ideya bu günlərədə daha bir tədbirdə özünü göstərib. Belə ki, klubun müxtəlif komandalarında məşqçilik edən Yaşar Hüseynov, Səttar Əliyev, Müşviq Hüseynov və Emin Salmanov Bakıda keçirilən C kateqotiyalı məşqçi kurslarını müvəfəqiyyətlə bitirərək, diplomlarını alıblar. Xatırladaq ki, adı çəkilən məşqçilər öz klublarında fəaliyyətini uğurla davam etdirirlər. Görəsən, məşqçilər özləri bu barədə nə fikirləşir?
Yaşar Hüseynov, “Qarabağ-2”in baş məşqçisi: “ Təhsil almaq heç vaxt geç sayıla bilməz. Klubda məşqçilərin özlərini təkmilləşdirməsi üçün hər cür şərait yaradılıb. Bizlərə sadəcə işləmək qalır.”
Səttar Əliyev, “Qarabağ-2”in məşqçisi:” Uzun müddət futbolçu olduğum komandada məşqçi işləyirəm. Bu gün aldığım təhsil ilk növbədə mənim sabah “Qarabağ”a faydalı olmağıma kömək edəcək. Təbii ki, bu son hədd deyil. Təcrübə toplayaraq, daha da böyük uğurlar əldə etsək pis olmazdı.
Müşviq Hüseynov, “Qarabağ”ın məşqçisi:” Mən də gözümü açandan “Qarabağ”da böyümüşəm. Futbolu bitirdikdən sonra Rasim Kara məni özünə köməkçi götürdü. Təbii ki, klubun mənə etdikləri bütün bu yaxşılıqları unuda bilmərəm. İnşallah, “Qarabağ” tezliklə layiq olduğu nəticələri əldə edər.”
Emin Salmanov, “Qarabağ” 14-16 yaşlılar məşqçi:” Bu gün balacalarımız öz yaş qruplarında ən güclülərdən sayılır. Və biz bu səviyyəni artırmaq üçün daim çalışmalı və “artırmalıyıq”.