4 nəhəngdən 3-ü uzaqlaşdı. Sadəcə `Beşiktaş`. video
4 nəhəngdən 3-ü uzaqlaşdı. Sadəcə `Beşiktaş`. video
Avropa Liqasının qrup mərhələsində çıxış edəcək klubların adına aydınlıq gəlib. Pley-off mərhələsində `Qarabağ`ımızla yanaşı 4 Türkiyə klubları da bu mərhələdə mübarizə aparıb. Amma qardaş ölkə təmsilçiləri üçün Avroliqa elə də uğurlu alınmayıb. Sadəcə `Beşiktaş` işinin öhdəsindən artıqlamasıyla gəlib. `Qara Qartallar` ilk oyunda səfərdə 2:0 qalib gəldiyi matçın revanşında Finlandiyada `Helsinki`ni 4:0 darmadağın ediblər. Əvəzində digər 3 böyük klub mübarizəni dayandırıb. `Qalatasaray` ilk oyunda 2:2 oynadığı `Karpatı` ilə səfərdə 1:1 oynayaraq turnirlə vidalaşıb. Elə`Fənərbaxça` və `Trabzonspor` da eyni aqibətlə üzləşib. `Fənər` PAOK-la 1:1, `Trabzonspor` isə `Liverpul`a 1:2 məğlub olaraq avrokuboklarla vidalaşıb.
`Helsinki` - `Beşiktaş` 0:4