40-cı qol
4 Apr 2026
40-cı qol
Bizon Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşması (2:2) komandamızın futbolçusu Kadi Borqes üçün əlamətdar olub. O, “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.
Bu matçda dubla imza atan braziliyalı komandamızın forması ilə çıxdığı 123-cü oyunda buna nail olub. Kadi Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. O, klubumuzun tarixində 40 və daha çox qol vuran 18-ci futbolçu olub.
Qeyd edək ki, Kadi komandamızda ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının AEL (Kipr) ilə ev oyununda (1:0) vurub.
