42 ay, ilk və 7-ci darmadağın. foto-qollar

single-news
17 Mar 2014

42 ay, ilk və 7-ci darmadağın. foto-qollar



`Qarabağ`ımız premyerliqanın XXVI turunda `İnter`in qonağı idi.  Son 2 turda çempionluğa iddialı `Neftçi` və `Bakı`nı məğlub edən komandamız  qızıl medallara daha bir iddialı komandaya qarşı ciddi itkilərlə çıxmışdı. `Qarabağ`ımızın kapitanı Rəşad Sadıqov və çempionatın bombardiri Reynaldo zədə səbəbindən oyunu buraxmalı idi. Amma özünü yaxşı hiss edən Reynaldo son anda `18`liyə daxil edildi.
`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov ötən oyunla müqayisədə bir neçə dəyişiklik etmişdi.  Rəşadın  yerinə uzun müddətli zədədən qayıdan Admir Teli kapitan sarğısında komandamızı meydana çıxardı. Meydanın mərkəzində Hacının yerinə Qara, cəzasını başa vuran Riçard isə Namiqin yerinə start heyətində meydana çıxmışdı. Hücumun sivri ucunda isə Vüqar Nadirov qərarlaşmışdı.
Oyuna `İnter` pressinqlə başladı. Ilk 15 dəqiqədə daim meydanın `Qarabağ`a aid hissəsində topla hərəkət etməyimizi əngəlləmək istəsələr də getdikdə komandamız təşəbbüsü ələ aldı və rəqib qapsıında həmlələr etməyə başladı.
Və, 27ci dəqiqə. Növbəti `Qarabağsayağı` hücum, 15 ötürmə və Leroy hesabı açır. Heç şübhəsiz, qış fasiləsindən sonra `Qarabağ`ımızın ən yaxşısı olan hollandiyalı bununla da premyerliqada qolların sayını 8-ə çatdırdı. İlk yarının qalan dəqiqələrində `Qarabağ`ımız 2-ci qolu axtarsa da rəqib buna imkan vermədi.
2-ci yarıya isə komandamız daha rahat başladı. 1 saatın tamamında isə 2-ci qolumuz azarkeşləri ayağa qaldırdı. Vüqar Nadirov cərimə meydançası daxilində 1 hərəkətlə 2 müdafiəçidən sıyrılıb `ağıldolusu` zərbəylə topu tora göndərdi. 
Bununla da premyerliqada 5-ci qolunu vuran Nadirov qış fasiləsindən son ilk dəfə adını tabloya yazdırdı. Maraqlıdı ki, milli forvard sonuncu dəfə də məhz `İnter`lə oyunda qol sevinci yaşamışdı. Vüqar bu qolla 2014-də fərqlənən ilk yerli futbolçumuz  oldu. Amma oyunun sonlarına yaxın Maksim Vüqarın bəlli statusunda `yeganə` sözünü çıxarmağa məcbur etdi. 89-cu dəqiqədə hücuma qoşulan müdafiəçimiz soyuqqanlılıqla topu tora göndərdi, 3:0. Bu Maksın bu mövsüm 2-ci qolu oldu. 25 yaşlı müdafiəçi daha öncə AZAL-la oyunda fərqlənmişdi.
Oyunun bu hesabla başa çatması `Qarabağ`ımızın cari mövsüm daha bir iddialı rəqibini darmadağın etməsi demək idi.
Maraqlıdı ki, ötən məğlub etdiyimiz `Bakı` kimi `İnter` də 2014-də məğlubiyyət üzü görməmişdi. Cari mövsüm `İnter`lə 3-cü oyunda da qələbə qazanan komandamız `bankir`lərlə məğlubiyyətsiz seriyanı 14-ə qədər uzatdı. Komandamız `İnter`ə sonuncu dəfə 42 ay bundan öncə məğlub olub.
`İnter` üzərində böyükhesablı qələbə sayca 7-ci oldu. Daha öncə komandamız `Sumqayıtı`(5:1, 3:0), `Xəzər-Lənkəran` (3:0), `Bakı` (3:0,4:0)və  `Neftçi`ylə (4:1)  oyunlarda 3 qol fərqli nəticəyə imza atmışdı.
`Qarabağ`ımız həm də tarixində ilk dəfə `İnter`i böyükhesabla məğlub etməyi bacardı.
Davam edirik...

`İnter` - `Qarabağ` 0:3. Fotolar..

http://qarabagh.com/1987/?name=photoview&phid=517&lang=1

`İnter` - `Qarabağ` 0:3. Qollar

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1

Paylaş

// pop up