5-Cİ TURA START VERİLDİ

single-news
17 Sen 2005

5-Cİ TURA START VERİLDİ



XIV Azərbaycan Çempionatında 5-ci tura bu gün start verildi. Tovuzda "Turan" İmişlinin "MKT-Araz" klubunu ilk hissədə vurduğu üç qolla 3:1 hesabı ilə məğlub etdi. "Bakı" isə çətinlik çəkmədən "Göyəzən"in qapısından üç cavabsız top keçirdi. 3:0. "Olimpik" daha bir məğlubiyyətini "MOİK"dən aldı: 0:1. Sensasiya isə Cəlilabad şəhər stadionunda baş verdi. "Xəzər-L" öz meydançasında "Şahdağ-S" klubunun qapısından 1-ci dəqiqədə top keçirsədə, əvəzində öz qapılarında ikisini gördülər- 1:2. Turun digər üç qarşılaşması sabah keçiriləcək.

Paylaş