5 DƏQİQƏ ÇATMADI
5 DƏQİQƏ ÇATMADI
Azərbaycan klublarının cari mövsümdəki Avrokubok həyəcanı ilk turda baş çatdı. Ötən həftə Çempionlar Liqasında çıxış edən “Xəzər-Lənkəran” əlavə vaxtda mübarizəni dayandırmışdısa, UEFA-da ölkəmizin şərəfini qoruyan “Neftçi” və “MKT-Araz” 85-ci dəqiqədə buraxdığı qollarla turnirlə vidalaşdılar.
İlk oyunda “Neftçi” rəqibiylə baş-başa oynasa da son 3 dəqiqədə buraxdığı qollarla 1:3 hesabıyla məğlub olmuşdu. Lakin, bakılıların oyunu hər kəsi ümidləndirmişdi ki, staadiona 25 min azarkeş təmsilçimizi dəstəkləməyə toplaşmışdı. Elə də öncə onları məyus etmədi. 15-ci dəqiqədə Subaşiç Tağızadənin ötürməsini qolla tamamlamasından 6 dəqiqə sonra ümumi hesabda önə keçdik. Rəşad Sadıqov künc zərbəsindən sonra qarşısıalınmaz zərbə vurdu 2:0. Təyziqini davam etdirən “Neftçi” növbəti dfə fərqlənməyə yaxın olsa da Adamiyanın zərəbəsini qapıçı son anda zərərsizləşdirə bildi.
İkinci hissədə məğlub durumla barışmaq istəməyən “Rid” bütün komnandayla irəli atıldı. Bundan istifadə edən Qurbanovun yetirmələri 2 dəfə rəqibin cəzalandıra bilərdi. Lakin nə Samir Əliyev nə də Adamiya əlverişli imkandan istifadə edə bildi.
84-cü dəqiqədə isə “Neftçi” azlıqda qaldı. Matçı yüksək səviyyədə keçirən Tağızadə ikinci sarı vərəqədən sonra meydandan qovuldu. 1 dəqiqə sonra Avstriyalılar lazım olan qolu vura bildilər. İlk oyunda olduğu kimi sonradan meydana çıxan Həmdi Salihi vurduğu qolla cütün taleyini həll etdi.
Maraqlıdı ki, “MKT-Araz”da həmin ssenariylə məğlubiyyətlə barışmalı oldu. Anatoli Doroş meydandan qovulduqdan 2 dəqiqə sonra Amedeus “Qrotslin”i vurduğu qolla növbəti mərhələyə çıxardı.
Beləliklə, klublarımız 3 ildən sonra Avrokuboklarda mərhələ adlaya bilmədilərsə ilk dəfə Bakıda uduzmadılar.
Neftçi (Azərbaycan) – Rid (Avstriya) 2:1 0(ilk oyun 1:3)
Qollar: Subaşiç, 15 (1:0), Sadıqov, 21 (2:0), Salihi 85, (2:1)
Qrotslin (Polşa) – MKT-Araz (Azərbaycan) –1:0 (0:0)
Amedeus, 85