5 futbolçumuz U-17-də

6 Okt 2024
5 futbolçumuz U-17-də
Klubumuzun 5 futbolçusu Azərbaycanın U-17 millisinə çağırılıb. İlkin Hacıyev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əli İbrahim və Nihat İsgəndərov 17 yaşadək futbolçulardan ibarət yığmanın oktyabrın 7-8-də Bakıda keçiriləcək təlim-məşq toplanışına qatılacaqlar.
Millimiz oktyabrın 9-dan 17-dək Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində toplanış keçəcək və Avstraliya yığması ilə iki yoldaşlıq görüşündə üz-üzə gələcək.