5 futbolçumuz U-17-də

single-news
12 Avq 2025

5 futbolçumuz U-17-də



Klubumuzun 5 futbolçusu Azərbaycanın U-17 millisinə çağırılıb. Uğur Qurbanlı, Amin Rzayev, Bilal Hacıyev, Onur Əliyev və Əli Bəşirov 17 yaşadək futbolçulardan ibarət yığmanın heyətində avqustun 12-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaqlar.

U-17 millimiz avqustun 17-dən 22-dək Podqoritsada toplanış keçəcək. Hazırlıq çərçivəsində avqustun 19-da və 21-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçiriləcək.

Paylaş

// pop up