5 futbolçumuz U-19-da

4 Noy 2024
5 futbolçumuz U-19-da
Klubumuzun 5 futbolçusu Azərbaycanın U-19 millisinə çağırılıb. Əşrəf Ələkbərli, Nihad Əliyev, Sadiq Məmmədzadə, Emil Bünyatzadə və Hikmət Cəbrayılov 19 yaşadək futbolçulardan ibarət yığmanın noyabrın 6-9-da Bakıda keçiriləcək təlim-məşq toplanışına qatılacaqlar.
Millimiz noyabrın 10-dan 20-dək Moldovanın paytaxtı Kişinyovda toplanış keçəcək, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya, İrlandiya və Moldova yığmaları ilə qarşılaşacaq.