5 futbolçumuz U-19-da

single-news
19 Mar 2026

5 futbolçumuz U-19-da



Klubumuzun 5 futbolçusu Azərbaycanın U-19 millisinə çağırılıb. Əhməd Vəliyev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əli Əliyev və Əli İbrahim 19 yaşadək futbolçulardan ibarət yığmanın martın 19-dan 21-dək Bakıda təlim-məşq toplanışında, ayın 22-dən 30-dək isə Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcəklər.

 

B Liqasının 6-cı qrupunda yer alan U-19 martın 25-də Litva, 28-də isə Şimali İrlandiya ilə qarşılaşacaq.

Paylaş

// pop up