5 il və ya 1873 gündür məğlub olmadan..`Neftçi` - `Qarabağ`. Bütün faktlar

5 il və ya 1873 gündür məğlub olmadan..`Neftçi` - `Qarabağ`. Bütün faktlar
Premyerliqa kiçik fasilədən sonra yenidən start götürür. Azərbaycan derbisində `Qarabağ`ımız `Neftçi`nin qonağı olacaq. Şübhəsiz, bütün çempionatların iştirakçılarının dueti hər zaman maraq doğurub. 19 illik dönəmdə 54 dəfə qarşılaşan rəqiblər dueli daim gəriginliyi ilə seçilib. Amma son illərdə komandamızın rəqib önündə üstünlüyü diqqət çəkir. Düzdü, sonuncu oyunda `Neftçi`yə uduzmaqla 11 oyunluq məğlubiyyətsizlik seriyamız dayandırılıb.
Premyerliqanın final mərhələsinin 3-cü turu bu dəfə də əsl derbiyə şahidlik edəcək. Hər halda çempionatda ilk 2 pillədə qərarlaşan komandalar qarşılaşacaq. Çempionatda hərəyə 11 qələbə qazanan tərəflərin duelində bütün maraqlı statistikaları diqqətinizə çatdırırıq.
`Neftçi` - `Qarabağ` duelləri ilə bağlı maraqlı faktlar
*** İndiyə kimi tərəflər arasında 54 oyun keçirilib
*** 54 oyunun 42-si çempionatda, 12-si isə kubokda baş tutub
*** Çempionatda tərəflər hərəyə 11 qələbə qazanıb. 2000-2001 mövsümündə `Neftçi`yə 3:0-lıq texniki qələbə verilib
*** Kubokda 5 dəfə qələbə qazansaq da, rəqib 3 dəfə qələbəyə sevinib.
*** 54 oyunda `Neftçi` 48, `Qarabağ` isə 39 qol vurub
*** `Qarabağ` `Neftçi`yə səfərdə 5 il, başqa sözlə 1873 gündür məğlub olmur.
*** Sonuncu dəfə `Qarabağ`ımız səfərdə `ağ-qara`lılara 2006-cı ilin fevralın 16-sında məğlub olub,2:0.
*** Noyabrın 28-ində `Neftçi`nin ev arenası sayılan Tofiq Bəhramov adına respublika stadionunda məğlub olsaq da, həmin oyunda formal ev sahibi `Qarabağ` idi.
*** Həmin oyuna qədər (sonuncu) komandamız əzəli rəqibinə qarşı 11 oyun məğlub olmurdu
*** `Qarabağ` - `Neftçi` duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8).
*** `Neftçi`nin heyətində `Qarabağ`a ən çox qol vurmuş Qurban Qurbanovdur (5)
*** `Qarabağ` baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur
*** Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardır
*** Səttar Əliyev `Neftçi`yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb.
*** Duellər tarixində 2-ci avtoqola isə Elxan Müslümov imza atıb (`Qarabağ`)
*** Duellər ərzində tərəflər hərəyə 2 dəfə (`Qarabağ` - Mehman Alışanov, Emin Salmanov. `Neftçi` - Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola seviniblər.
*** `Neftçi`yə sonuncu məğlubiyyətə qədər `ağ-qara`lılar `Qarabağ`ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda `Qarabağ`ın şərəfini qoruyan Adamiya imza atıb.
*** Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
*** `Qarabağ` - `Neftçi` arasında vərəqəsiz çempionat olmayıb
*** İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib
*** Aslan Kərimov 2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdir
*** Qırmızı vərəqə alanlardan Arif Əsədov `Neftçi`nin baş məşqçisi, Elçin Rəhmanov isə `Qarabağ`ın məşqçisidir
*** `Qarabağ`ın çalışdırıcısı Qurban Qurbanov `Qarabağ`a,`Neftçi`dən həmkarı Arif Əsədov isə `Qarabağ`lıykən `Neftçi`yə qol vurub
*** Hazırda 10 futbolçu hər 2 komandanın heyətində top qovub
*** Tərəflər ən Respublika stadionunda qarşılaşıblar. 26 dəfə
*** İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər
*** Derbini ən çox Xəqani Məmmədov (11), Vüsal Əliyev və Rövşən Əhmədov idarə ediblər (7)
Qeyd: Bu araşdırma `Qarabağ` Futbol Klubu mətbuat xidmətinindir. İstifadə zamanı istinad zəruridir..