5 "QARABAĞ"LI MİLLİDƏ. . .
27 Yan 2007
5 "QARABAĞ"LI MİLLİDƏ. . .
"Qarabağ" Futbol Klubu Antalyada təlim məşq prosesini başa vurdu və sabahdan etibarən Bakıda məşq prosesini davam etdirəcək. Uğurlu təlim məşq prosesi Türkiyədə Hazırlıq oyunlarını izləyən Mili komandamızın Baş Məşqçisi Şahin Diniyevin də diqqətindən yayınmamış və komandamızın beş futbolçusu yığmanın heyətinə cəlb olunmuşdur. Bunlar Cahangir Həsənzadə, Aslan Kərimov, Samir Abasov, Kənan Kərimov və Nodar Məmmədovdur.
Cahangir Həsənzadə və Aslan Kərimovun milliyə dəvət alacağı gözlənilən idi. Digər üç futbolçumuzun isə "Qarabağ"da göstərdiyi Futbol Millinin Baş Məşqçisininin belə addım atmasına gətirib çıxarıb. Müəyyən dönəmlərdə Samir Abasov və Kənan Kərimov millinin heyətinə cəlb olunmuşdusa, Nodar Məmmədov ilk dəfə bu şansı əldə edir. 19 yaşlı futbolçumuz isə bunu gözləmədiyini etiraf etdi:
"Həqiqətən də çox sevinirəm. Mən özümə "Qarabağ"da gözəl oyunumla U-21 -ə düşmək vəzifəsini qoymuşdum. Birdən milliyə dəvət aldım. "Qarabağ"a gəlişim mənə uğur gətirdi. Bunu milli səviyyəsindədə davam etdirməyim üçün hər şey edəcəyəm..."
Daha təcrübəli Kənan və Samirdə sevinclərini gizlətmədilər:
K.K: "Mən bir hücumçu kimi çalışacam ki, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. Son təlim məşq prosesi formamı bərpa etməyimə çox kömək elədi. Bunun bəhrəsini yaxınlarda görəcəksiniz..."
S.A: "Mən hər zaman meydanda məşqçinin verdiyi tapşırıqların öhdəsindən gəlməyə çalışıram. Türkiyədəki təlim məşq prosesində də bunu nə dərəcədə etdiyimi deyə bilmərəm. Amma yəqin ki,pis alınmadığından milliyə dəvət aldım. Sevinirəm. Üç rəngli bayrağımızı layiqincə təmsil etməyə çalışacağam..."