6 DERBİDƏN 4-CÜSÜ, SAYCA İSƏ...STATİSTİKA

single-news
16 Mar 2010

6 DERBİDƏN 4-CÜSÜ, SAYCA İSƏ...STATİSTİKA



Sabah ölkə kubokunun ¼ final mərhələsində `Qarabağ`ımız `Xəzər-Lənkəran`ın qonağı olacaq. Son 4 ildə hərəyə 2 dəfə ölkə kubokunu qazanan tərəflərin mücadilə tarixi 2004-cü ildən başlayır.

2004-2005 mövsümündə  baş tutmuş ilk oyunda Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna rəqib yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bildi. Əvəzində  komandamız üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəldi,0:3.

2005-2006 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. Ilk oyunda "Şəfa" stadionunda keçirilən matçda 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ”, cavab qarşılaşmasında 2:0-lıq məğlubiyyətlə üzləşdi.

2006-2007 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olurur. Uyğun olaraq 2:0 və 4:1.

2007-2008 mövsümündə isə komandalar eyni nəticəni göstərmişdilər. Səfərdə 2:0 hesabıyla məğlub olsaq da (Elmar Baxşıyev və Juninyo) doğma meydanda cənublulara eyni aqibəti yaşatmışdıq. Vaqif Cavadov və Zaur Həşimovun qolları komandamıza qələbə gətirmişdi.

2008-2009. İlk oyun Lənkəranda baş tutdu. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqlərində cavab verə bildi. Belədə, komandamız 3 xalı aktivinə yazdı. Cavab görüşü isə komandamızın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşdü. Artim Şakirinin sona yaxın vurduğu qol komandamızın cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.

Bu il isə tərəflər 6 dəfə üz-üzə gələməli olacaq. Mövsümün ilk oyunu Quzanlıda baş tutdu. Görüşün 85-ci dəqiqəsində Rauf Əliyev Vüqar Nadirovun ötürməsini fantastik baş zərbəsi ilə tora göndərdi və bu rəqib üzərində ardıcıl 4-cü qələbəsini rəsmiləşdirdi. Fevralın 13-ündə baş tutan cavab görüşndə isə qol səsi çıxmayınca tərəflər arasında keçirilən 13-cü matçda sülh qeydə alındı.

 Bu da son deyildi. 22 gün sonra komandalar tarixlərində ilk dəfə ölkə kuboku çərcivəsində qarşılaşdı. Quzanlıda baş tutan görüşdə `Xəzər-L` 5 oyun sonra `Qarabağ`ın qapısından qol keçirə bilsə də, 2-ci yarıda Rəşad Sadıqov və Admir Telinin vurduğu qollarla komandamız 2:1 üstünlük qazandı.

Beləliklə, sabah baş tutacaq 14-cü görüşə qədər komandamızın 7 qələbəsi müqabilində  5 məğlubiyyəti və 1 heç-heçəsi diqqəti cəlb edir.

Paylaş

// pop up