6 illik seriya və ardıcıl 9-cu qələbə

single-news
24 Sen 2012

6 illik seriya və ardıcıl 9-cu qələbə



`Qarabağ`ımız premyerliqanın VI turunda `Turan`la qarşılaşdı. Ötən tur AZAL-a məğlubiyyətdən sonra `Qarabağ`ımız bütün çempionatlarda üz-üzə gəldiyi rəqibinə qarşı necə mübarizə aparacağı maraqla gözlənilirdi.
Oyun günü Tovuzda əlverişli hava şəraiti vardı. Düzdü, meydanın durumu qənaətbəxş olsa da, səthin quru olması oyunun sürətinə təsir edəcəkdi. Belə də top saxlamaq daha da çətinləşirdi. Matçsonrası komandamızın baş məşqçisi Qurban Qurbanovun da etiraf etdiyi kimi 60-cı dəqiqədən sonra yağmağa başlayan yağış meydanı nəmləndirərək oyunun sürətini artırdı. Belə də komandamız daha yaxşı oynamağa başladı..
Qurbanov AZAL-la oyunla müqayisədə komandada 4 dəyişiklik etmişdi. Qapıda Miro Varvodiçi Fərhad Vəliyev əvəzləmişdi. Müdafiə və orta xətt dəyişməz qalmışdısa `təyyarəçi`lərlə görüşdə start heyətində meydana çıxan ön xətt oyunçularını – Əfran, Muarem və İlqarı Rauf, Vaqif və Vüqar əvəzləmişdi.
Qeyd etdiyimiz kimi, meydanın quru olması oyunun keyfiyyətinə birbaşa təsir göstərirdi. Görüşdə baxımlılıq olmasa da gərgin mücadilə azarkeşlərə həyəcanlı anlar yaşadırdı. Yaxşı qapanan və səbirlə hərəkət edən `Turan`ın qapıçısını ancaq uzaq məsafədən zərbələrlə narahat etmək olurdu. Ev sahibləri isə daha çox Ballonun sürətinə və fərdi keyfiyyətlərinə ümid edirdi.
Belə də ilk yarıda hesab dəyişmədi. İkinci hissənin ilk 15 dəqiqəsində komandamız topa nəzarət etsə də tovuzlular əks-hücumda şansını axtarmağa çalışırdı. 1 saatın tamamında çalışdırıcımız ilk dəyişikliyini yerinə yetirdi. Orta xətdən Namiqi alan Qurbanov misirli Mustafa Afrotoya debüt etmə imkanı yaratdı. Belə də Qara ortada tək Mustafayla Riçardın arxasında qərarlaşdı. Getdikcə təzyiqi artıran komandamızda ən həlledici məqam Əfranın meydana daxil olması oldu. Vaqiflə əvəzlənən Əfran doğma sağ cinahına Vüqar isə sola çəkildi. Son 20 dəqiqə mübarizə əzmini meyda qoyan komandamız ardıcıl həmlələrə başladı. Xüsusilə, Əfran cari mövsüm ən yaxşı futbolunu sərgiləməklə diqqəti cəlb etdi. Neçə dəfə Popoviçin inamlı oyunu ilə qurtulan `Turan`a zərbəni elə Əfran vurdu. Cərimə meydançası həndəvərində Kvirtiyaya pressinq tətbiq edərək topu oğurlayan İsmayılov cərimə meydançasına daxil oldu. Qapıçı ilə üzbəüz qalan Nuqzarın Əfranı yıxmaqdan başqa çarəsi qalmadı. Penalti nöqtəsinə yaxınlaşan Rəşad Sadıqov isə cari mövsüm  2-ci qolunu da penaltiylə vurdu. Geridə qalan müddət artıq formallığa çevrildi və `Qarabağ`ımız 3 xalı aktivinə yazdı.
`Qarabağ`ımız `Turan`ı məğlub etməklə adıçəkilən rəqib üzərində uğurlu seriyasını davam etdirdi. Belə ki, 2006-cı ilin dekabrında tovuzlulara məğlubiyyətdən sonra komandamız rəqibinə 3 xal verməyib. `Qurban Qurbanov isə daha uğurlu seriyaya malikdi. Belə ki, Qurbanov `Qarabağ`ın başında çempionatda `Turan`a qarşı keçirdiyi  9 görüşün hamısını qələbəylə başa vurub.

Oyundan Fotolar və Qol QALAEREYA bölümündə

http://qarabagh.com/1987/?name=photoview&phid=438&lang=1

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1

Paylaş

// pop up