6 `Qarabağ`lı oynadı, milli DÇ iştirakçısına uduzmadı

single-news
3 İyn 2010

6 `Qarabağ`lı oynadı, milli DÇ iştirakçısına uduzmadı



Azərbaycan millisi Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Bu dəfə ki rəqib dünya çempionatının iştirakçısı Honduras millisi olub. Tariximizdə ilk dəfə qarşılaşdığımız Karib dənizi hövzəsi millisiylə oyunda 6 `Qarabağ`lı start heyətində çıxmışdı. Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev arxa xəttin möhkəmliyinə nəzarət etməliydilərsə, Elvin Məmmədov, Vüqar Nadirov, Rauf Əliyev əqib qapısında qol axtarmalıydı. Təbii ki, `Qarabağ`lıların çoxluğu millimizin Avstriyada ən yaxşı oyununu keçirməyə səbəb oldu. Əminliklə, demək olar ki, milli DÇ iştirakçısından daha yaxşı çıxış etdi. Amma görüş ərzində qapılara qol vurulmadı.

Millimiz sabah Bakıya qayıdacaq.

Paylaş

// pop up