60-cı qol, 20-ci titul

single-news
3 İyn 2024

60-cı qol, 20-ci titul



Abdullah Zubir “Qarabağ”da 60-cı qolunu vurub. Bu, Azərbaycan Kubokunun final oyununda baş verib. O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə gətirən qolun müəllifi olub. 2018-ci ilin yayından “Qarabağ”da forma geyinən Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” tarixində 20-ci titulu qazanıb. Hesabında 11 çempionluq (1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/24) və 8 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/24) olan “Qarabağ” 1993-cü ildə Superkuboka da sahib çıxıb. Ağdamlılar titul sayında Azərbaycan rekordunu yeniləyib.

Paylaş