60 yoxsa 45?

single-news
1 Dek 2009

60 yoxsa 45?



Ruslan Məmmədli

 

Dünyanın ən böyük derbisi artıq tarixə qovuşdu. `El-Klassiko` adlanan müdhiş macın həyəcanı hələ futbolun zövqümüzdən  çəkilməyib. İntizarla gözlənilən `Barselona` - `Real`  oyununun bu dəfə ki fərqli `kalorit`i hazırda seçilən futbol ulduzlarının çəkişməsi kimi də realizə etmək olardı. `Barsa`nın İbrahimoviç – Messi duetinin `Real`ın Kaka – Ronaldo cütlüyünə qarşı mübarizəsi gərginliyə əlavə təzyiq gətirirdi. Bu belə deəsk, futbolun balaca dünya müharibəsi idi. Qalib gələnə tərəf `ən böyük` sualına tam aydınlıq gətirməsə də suları duraldacağı dəqiq idi.

Amma şübhəsiz bu müharibədə ən əsas amil stateglərin mübarizəsi fonunda maraq vəd edirdi. Yaşlı amma `El-Klassiko` həyəcanını ilk dəfə yaşayacaq Manuel Pelleqrininin gənc amma artıq titullu həmkarı Qvardiolaya nə `hazırlayacağı` maraqla gözlənilirdi. Hələ yayda çilili mütəxəssisin Madridə gətirilməsi heç də birmənalı qarşılanmamışdı. Xərclənən 100 milyonlara rəğmən komandanın heç də gözlənilən super-şounun sərgiləməməsi,  dünyanın ən bahalı transferi Ronaldonun zədələnməsindən sonra `kral` klubunun  nəticə əldə etməyə çəkinlik çəkməsi 63 yaşlı çalışdırıcı haqqında bədgümanları çoxaltmışdı. Hər halda, Ronaldo nə qədər dahi futbolçu olsa da, XX əsrin ən böyüyü seçilmiş klubun oyunun bir tək portəgizlidən asılı olması heç də baş ucalığı deyildi...

Oyun baş tutdu. Və Ronaldo uzun aradan sonra  ağ formada meydana çıxdı. Ispan mətbuatı Pelliqrinin `Nou Kamp`da məğlub olacağı halda `ağ dəsmal`a `mükafat`landırılacağını vildirməkdən çəkinmirdi. Amma taleyin gərdişindən `Real` Avropanın ən böyük stadionunda uduzdu amma cari mövsümdə ən yaxşı oyununu keçirməklə. Belə də, məölubiyyətə `haqq` donu geyindirmək mümkün oldu. Amma heç şübhəsiz istənilən təsəlli `Barsa`nın məhz bu qələbəylə əbədi rəqibi turnir cədvəlində üstələməsini kölgələyə bilməz. Amma zənnimizcə, hər nə qədər baxımlı oyun `Real`ı sakitləşdirsə də həmin oyunda məğlub ol(ma)maq üçün Pelliqrini özünə görə düzgün addım atsa da..

Zədədən dönən Ronaldo macda əla performans sərgiləsə də, sona yarım saat qalmış əvəzlənəndə bu çoxlarının təəccübünə səbəb oldu. Axı, həmin dəqiqəyə qədər ötən il dünyanın ən yaxşısı seçilmiş futbolçu heç də pis təsir bağışlamırdı. İndi oyundan sonra `Real`ın çalışdırcısını dinləyək:` Həqiqətən də, Kristanu əla oyun sərgilədi. Amma onun oynamasına həkimlər sadəcə 1 saat icazə vermişdilər. Riskə gedə bilməzdik. Ona görə də Ronaldonu oyundan çıxardım`. Sizcə, nə qədər məntiqli açıqlamadır? Əgər bir futbolçu 90 dəqiqəlik macda sadəcə 60 dəqiqə oynaya bilmə iqtidarındadısa demək o sağlam deyil. Digər tərəfdən, axı, Roni heç də  oyun ərzində 60 dəqiqəlik futbolçuya bənzəmirdi? Əgər Manu risqə getməkdən qorxurdusa, tam ahzır olmayan futbolçunun belə prinsipial mücadilədə yandıra bilməkdən qorxmurdu? Özü də Ronaldo məhz `Barsa` qol vurandan sonra meydandan çıxarıldı. Sanki, artıq geridə qalan 30 dəqiqə formallığa çevrilmişdi.

Maraqlıdı ki, Ronaldonun `Barsa`da demək olar eyni statusa malik olan həmkarı İbrahimoviçdə oyuna tam hazır deyildi. Amma Pep onu 2-ci hissədə döyüşə ataraq oyunun gedişinə birbaşa təsir etmək istəyini artıqlamasıyla həyata keçirdi. Görəsən, Pelliqrini də həmkarı kimi `60` dəqiləlik Ronaldonu son 45 dəqiqədə meydana buraxmaqla daha çox yararlana bilməzdimi?

Təbii ki, bu ritorik sualların cavabını tapmaq mükün olmayacaq. Amma dünya derbisi `Barsa`nın `Real`ı məğlub etməsi baş məşqçilərin zəka döyüşü təmamilə üst-üstə düşdü. Ümid edək ki, 2-ci dövrədə Pelleqrininin revanş götürməyə imkanı olacaq...  

Paylaş

// pop up