650-ci qol və yeni rekord

19 Okt 2024
650-ci qol və yeni rekord
Komandamız Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. “Qarabağ” səfərdə vurulan qol sayında rekordçu olub.
Bu, Misli Premyer Liqasının X turunda rəsmiləşib. Tovuzdakı görüşə qədər 645 qol vuran komandamız “Kəpəz” üzərindəki 5:0 hesablı qələbə ilə 650-yə çatıb.
Bununla da “Qarabağ” 647 qol vuran “Neftçi”nin rekordunu geridə qoyub. 461 matça çıxan komandamızın rekorda yiyələndiyi 648-ci qolu Leandro Andrade, yubiley – 650-ci qolu isə Aleksey Kaşuk vurub.
Foto: Məhəmməd Məmmədov