7 futbolçumuz U-16-da

17 Noy 2024
7 futbolçumuz U-16-da
Klubumuzun 7 futbolçusu Azərbaycanın U-16 millisinə çağırılıb. Uğur Qurbanlı, Amin Rzayev, Polad Hüseynov, Fərid Cavadlı, Hüseyn Bayramov, Eldar Abbasov, Əli Bəşirov 16 yaşadək futbolçulardan ibarət yığmanın noyabrın 18-24-ü aralığında Qəbələdə keçiriləcək təlim-məşq toplanışına qatılacaq.
Millimiz noyabrın 20-də, saat 16:00-da “Qəbələ” klubunun U-17 komandası ilə yoxlama görüşü keçirəcək.