7 `Qarabağ`lı milliyə dəvət aldı

single-news
1 Okt 2012

7 `Qarabağ`lı milliyə dəvət aldı



`Qarabağ`ımıza AFFA-dan faks daxil olub. 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində  Rusiya ilə qarşılaşacaq milli komandamızın heyətinə 7 `Qarabağ`lı dəvət alıb. Oktyabrın 5-dən 13-nə qədər Bakıda, 14-dən 17-ə kimi Rusiyanın Moskva şəhərində keçiriləcək təlim-məşq toplanışında Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Əfran İsmayılov, Vüqar Nadirov, Vaqif Cavadov, Rauf Əliyev `Qarabağ`ı təmsil edəcəklər.
Qeyd edək ki, Rusiya  - Azərbaycan görüşü Oktyabrın 16-sında Moskva şəhərində keçiriləcək.

Paylaş

// pop up