791 GÜN YETMƏDİ

single-news
13 May 2008

791 GÜN YETMƏDİ



Dünən Azərbaycan premyerliqasının XXIV turu geridə qaldı. “Qarabağ” cari turda “Bakı” kollektivinin qonağı oldu. Saytımızda tərəflərin qarşılaşmasının statistik nəticələri haqqında məlumat vermişdik . Dünən qeydə alınmış 0:0-lıq nəticədən sonra bir sıra statistik nəticələrlə sizi tanış etmək istəyirik. Belə ki, ilk olaraq oyunların sayına nəzər salıb üstünlük aramağa cəhd edəndə bərabərliklə qarşılşarıq. Çempionatlar tarixində keçirilmiş 24 oyunda 8 qələbə, 8 məğlubiyyət və 8 heç-heçə qeydə alınıb. Tərəflərin aldığı sonuncu qalibiyyətə gəlincə... Düz, 791  gündür komandalardan heç biri şəxsi görüşlərdə qələbəyə sevinə bilmir. Sonuncu dəfə “Bakı” qələbə qazanmağa imkan tapıb. 2006-cı il Martın 12-ində elə Tofiq Bəhramov adına başa tutan görüşdə  Fərid Quliyev hesabı açsa da (yeri gəlimişkən, adı çəkilən futbolçu hal-hazırda “Bakı”nın şərəfini qoruyur) Ceyhun Sultanov və Stanislav Labant paytaxt təmsilçisinə qələbə gətirmişdi. Həmin gündən sonra çempionatlarda 4 dəfə qarşılaşan tərəflər hərəyə cəmi 2 dəfə fərqlənə biliblər. Suraxanı stadionunda. Mərkəzi arenada keçirilən 2 görüşdə isə qol səsi çıxmayıb. Belədə elə bu stadionda vurulan sonuncu qoldan da 791 gün keçdiyini qeyd edə bilərik.

Paylaş

// pop up