8 futbolçumuz U-16-da

single-news
5 May 2025

8 futbolçumuz U-16-da



Klubumuzun 8 futbolçusu Azərbaycanın U-16 millisinə çağırılıb. Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Arda Əzizli, Murad İsmayılov, Cavidan Əlizadə və Tunar Əsgərzadə 16 yaşadək futbolçulardan ibarət yığmanın bu gündən mayın 11-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında olacaqlar.

 

Millimiz toplanış çərçivəsində mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək. Hər iki qarşılaşma Binə stadionunda təşkil olunacaq.

Paylaş

// pop up