800-cü oyun
1 Dek 2025
800-cü oyun
Komandamız Qurban Qurbanovun baş məşqçiliyi dövründə 800-cü oyununu keçirib. Bu yubiley Misli Premyer Liqasının XIII turunun “Karvan-Yevlax”la ev qarşılaşmasına (2:0) təsadüf edib.
2008-ci ilin yayından komandamızı çalışdıran mütəxəssislə 467 qələbə əldə olunub, 185 heç-heçə qeydə alınıb. 148 dəfə meydanı xalsız tərk edən komandamız 1375 qol vurub, 631 top buraxıb.
Qurbanovun komandamıza rəhbərlik etdiyi dövrdə Premyer Liqada 538, Azərbaycan kubokunda 75, avrokuboklarda 187 matç baş tutub. Onun bu postda debütü 2008-ci il avqustun 9-da Premyer Liqanın “Bakılı” ilə görüşündə (2:1) gerçəkləşib.
