9 AY SONRA YENƏ ÜZ-ÜZƏ.("Futbol+",30 noyabr)
30 Noy 2004
9 AY SONRA YENƏ ÜZ-ÜZƏ.("Futbol+",30 noyabr)
Ötən mövsümün “Qarabağ- Neftçi” oyunu yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək. Bu mövsüm də qizil medallar uğrunda “Qarabağ” və “Neftçi” ilə yanaşı, daha 6 komanda mübarizə aparsa da, etitaf edək ki, bu iki rəqibin görüşü yenə maraqla gözlənilir. Artıq 5 gün sonra azarkeşlər bu tarixi rəqabətdə növbəti səhifənin açılmasının şahidi olacaq.
Ancaq buna qədər “Neftçi” və “Qarabağ” ölkə kubokunun 1/8 final mərhələsinin cavab görüşlərində meydana çixmalıdır.Maraqlıdır ki, bu mərhələni adlayacaqları təqdirdə ¼ finalda bu iki rəqib məhz bir-birləri ilə qarşılaşacaqlar.bazar günkü matça görə, həm A.Mircavadovun, həm də İ.Ponomaryovun bə’zi oyunçuları qoruyacağını düşünmək olar.Məsələn, zədəsi yenicə sagalan Emin Quliyevə ”Şahdağ”-la matçda oynamaq şansı verməyən Mircavadov yəqin ki, sabah da eyni addımı atacaq.
Ötən mövsüm 20 minə yaxın tamaşaçının izlədiyi matç həm də oyundan əvvəl keçirilən konsert proqramına görə, belə çox marağa səbəb olmuşdur. Həmin vaxt bütün tədbirlərin təşkilatçılığinı üzərinə götürən “Qarabağ” bu dəfə Respublika stadionuna qonaq kimi çıxacağından, bu missiyanı “Neftçi”-nin daşıyacağını gözləmək olar.Amma hələlik hər hansı bir tədbir nəzərdə tutulmayıb.
Ötən mövsüm olduğu kimi, bu il də Az.TV-1 oyunu canlı yayınlayacaq.Dövlət kanalının gənclik və idman verilişləri redaksiyasının rəhbəri Bəxtiyar Qaracanın dediyinə görə, əvvəlkilərdən fərqli olaraq, bu oyunda 4-5 kameradan istifadə olunacaq.Oyun zamanı şərhçi otağına hər hansı tanınmış futbol adamının çağtılması da mümkündür.