9 futbolçu `Qarabağ`dan ayrıldı
27 Yan 2011
9 futbolçu `Qarabağ`dan ayrıldı
`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Amma bu gündən etibarən komandamız hazırlığın sonuna qədər tam heyətlə hazırlaşa bilməyəcək. Belə ki, milli komandaların toplanışı ilə əlaqadər 9 futbolçu komandamızın heyətindən ayrılıb. Artıq Antalyada təlim-məşq toplanışına başlayan U-21 millisinə dünən Osman Umarov, Tural İsgəndərov, Murad Səttarlı yollanıb. Adıçəkilən futbolçular bu səbəbdən dünən `İliçivets`lə baş tutan yoxlama oyununda çıxış edə bilməyiblər. U-21-ə çağrılmış digər futbolçumuz Qara Qarayev isə dünənki yoxlama oyunundan sonra millinin düşərgəsinə yollanıb.
Eyni zamanda isə 5 futbolçumuz Dubayda keçiriləcək əsas millinin təlim-məşq toplanışına yola düşüb. Dünən gecə Maksim Medvedev, Samir Abasov, Rauf Əliyev, Elvin Məmmədov, Vüqar Nadirov Antalya – İstanbul – Dubay reysiylə BƏƏ-yə yollanıblar.
Belə də komandamız çempionatın startına qədər 9 əsas futbolçu olmadan çalışacaq.