9 İLLİK HƏSRƏTİN ZƏFƏRİ

single-news
25 Sen 2007

9 İLLİK HƏSRƏTİN ZƏFƏRİ



“Qarabağ” Futbol Klubu daim azarkeşləri özündən ayrılmaz bir hissə bilib. Böyük bir qaçqın kütləsinin pənahı olduğunu anlasaq “Qarabağ”ın anlamını qarabağlılar bilməmiş olmaz. “Qarabağ” FK azarkeşlərlə daha da bütünləşmək üçün daha bir yeniliyə əl atır. “Qarabağ”ın unudulmaz “Turan” qələbəsinin təəssüratlarıyla tanış olmaq istəyirsiniz? Buyurun. Oxuyun, və komandanıza daha da yaxın olun. Biz bilirik və unutmuruq ki, hər 2 Qarabağın uğur yolu birlikdə olmaqdan keçir... “Qarabağ”-“Turan” oyunu haqqında bütün maraqlı anlar bizim saytımızda...

 

Şamaxı və  çay səfası

Çempionatın ilk 6 turunda 4-cü səfərimizə çıxarkən artıq hər kəs qələbə üçün cari birinciliyin ən uzun yolçuluğuna çıxacağını bilirdi. Saat 8-00-da komandamızın məskunlaşdığı “Ruslan-93” idman kompleksinin qarşısından uzun səyahətə start verildi. Yol uzun olduğundan futbolçular vaxtı “öldürmək” üçün yatmağa çalışdılar. Üstəlik, peşəkar sürücünün məharəti sayəsində dinclən futbolçularımız 2 saatdan sonra Azərbaycan gözəl guşələrindən olan Şamaxıya çatdılar. Yəqin heç kim belə gözəlliyə biganə qala bilməzdi. Elə bizdə füsunkar təbiətin, iliyə “işləyən” hərarətinə tabe olaraq  Nəsimi, Mirzə Ələkbər Sabir kimi   böyük dahilər yetişdirmiş bu torpaqda qısa çay fasiləsinə əyləşməyə böyük məmnuniyyətlə razı olduq. Hər zaman olduğu kimi baş məşqçi Rasim Kara futbolçuların çay “səfa”sına ortaq olaraq yetirmələri ilə Azərbaycan bu gözəl guşəsi haqqında söhbət etdi. Eyni zamanda futbolçuların psixoloji durumunun əla olduğunu da nəzərindən qaçırmadı.

 

Çetin hoca inanmadı.

Təxminən yarım saatlıq dönəmdən sonra səyahətə yenidən start verildi. Gözəl hava, və əla pürrəngi çaydan sonra fərahlanan klub heyəti hüzurla yoluna davam etməyə başladı. Öncə, Ağsu, Göyçay, Ağdaş geridə qoyuldu. Bu arada komandamızın qapıçılarla işləyən məşqçisi Çetin Aykut hər bölgənin ərazisində oranın tarixi, adət-ənənləri haqqında maraqlanır və ona verilən məlumatı həvəslə dinləyirdi. Hətta ona İslamda böyük şəxsiyyətlərdən olan Veysəl Qaranin qəbrini yolüstü istiqamətini göstərdikləri zaman Çetin hoca buna inanmadı. Məşqçimiz adı çkilən şəxsin qəbrinin İstanbulda olduğu söylədi. Lakin, təkidlərdən və tutarlı faktlardan sonra Çetin hocanı birtəhər inandıra bildik.  Yolçuluğumuzdan təxminən 5 saat sonra, yəni saat 1 raddələrində Azərbaycanın ən böyük 2-ci şəhəri olan Gəncəyə çatdıq.

 

Gəncə Berayaları unutmayıb

Gəncə. Ölkənin qərbinin paytaxtı sayıla biləcək bölgədə nahar etmək üçün bu şəhərdə növbəti dəfə dayanmalı olduq. Bu torpaqda ilk olaraq bizi balaca uşaqlar qarşıladı. Və bizim “Qarabağ” klubu olduğumuzu bilən kimi İrakli Beraya xəbər aldılar. İndi tarixin yaddaşına köçmüş “Gəncə”nin ən uğurlu futbolçularından olan Beraya qardaşını görən kimi onları sevgiylə salamladılar. Hətta, restoranın ətrafına yığışanlar da Beraya qardaşları maraqlandırırdı. Bizə restorandan tərpənənə qədər azarkeşlər futbolçuları gözdən qoymadı. Bu arada dəyəsən, Viktor İbekoyini də Nizami yurdunda yaxşı tanıyırlarmış. Təsadüfi deyil ki, biz hərəkətə gələnə kimi azarkeşlər Pupo və ya Soumah kimi qaradərililərə deyil, məhz ötən mövsüm “Turan”da çxış etmiş Viktorla şəkil çəkdirməyə üstünlük verdilər.

 

Bu da Qazax...

Və nəhayət, nahardan sonra səyahətimizin sonuncu mərhələsi başlandı. Gəncə, Şəmkir, ardınca isə matçın oynanılacağı Tovuz şəhərini də keçərək Qazaxa yetişdik. Düzdü, Qazaxa qədər Ağstafa şəhərini də görmüşdük. Lakin, bu rayonların demək olar ki, bir-birilə  sərhədinin olmaması, buraya ilk səfər edənlər üçün çətinlik yaradardı. Xüsusilə, ad-sanına baxmayaraq Qazax çox sakit təsir bağışlayırdı.Ümumiyyətlə, sanki Səməd Vurğunun böyüyüb-başa çatdığı rayonda insanlara Gürcüstanla sərhəd olması yəni, daim gediş-gəlişli olması maraqlı deyildi.

 

...və şirin xatirələr....

Məskunlaşdığımız bazada 2 saatlıq istirahətdən sonra elə cəmi bir neçə addımlığımızda olan Qazaxın mərkəzi, “Göyəzən”in ev oyunlarını keçirdiyi stadiona təşrif buyurduq. Elə bu klubdan söz düşmüşkən, yeniyetmə futbolçuların məşqindən sonra biz matçöncəsi məşqimizi keçdik. Buna qədər isə, isinmə hərəkətləri edən futbolçular hədsiz həvəs və istəklə öz vaxtlarını gözləməyə başladılar. Lakin, hər kəs qələbədən əmin idi. Bu onların hər birinin simasında əks olunmuşdu. Rasim hoca  bu zaman futbolçulara uzun futbolçu və məşqçi karyerasından maraqlı anları onlarla paylaşaraq yetirmələri kimi özünündə rahatlığı büruzə verdi. Məşqdən siə danışmağa dəyməz  Hər zaman olduğu kimi nəşəli keçən məşq futbolçularımızın artıq özünə inamını bir daha göstərdi. Bir saatlıq məşqdən sonra axşam yeməyi baş tutdu. Lakin, heyət şama hamılıqla qatıla bilmədi. Belə ki, Məşqçilərimiz Müşviq Hüseynov və Elşad Xudadatov oruc tutduqları üçün yeməyə bir qədər gec qoşuldular. Bu zaman Rasm Kara oruc tutanlara Allahdan qəbul diləməsi və onlara xüsusi qayğıyla yanaşması diqqətdən qaçmadı...

 

Futbolla nəfəs alan Tovuza...

...Matçın oynanılacağı Tovuz şəhər stadionu Bakı-Qazax yolunun kənarında,və başqa sözlə desək, Tovuz şəhərinin düz mərkəzində yerləşir. Bu rayon əhalisi bəlkədə bütün Azərbaycanda yeganədir ki, futbolla nəfəs alır. Artıq saatlar qala stadiona gələn tovuzluların hər biri futbola bir həyat tərzi kimi yanaşdığı hər kəlmələrində hiss olunurdu. Elə stadionun ot örtüyü  sakinlərinin zövqü ilə üst-üstə düşürdü. Texnikalı oyun göstərən “Qarabağ” klubu üçün bundan gözəl şans ola bilməzdi. Hətta onların sahəyə ilk ayaq basdıqları zaman artıq qələbənin əldə olduğu hiss olunurdu.

 

Bir alqışda bizdən...

Və matç başladı. Və yenədə Tovuzun sakinlərinə qayıtmaq lazım oldu. Belə ki, vaxtilə, “Turan”ın uğurları üçün tər tökmüş Kənan Kərimov, Azər Məmmədovun adı çəkiləndə azarkeşlərin əl çalmasından anlamaq olardı. Viktor İbekoyinin ismi elan olunanda isə, bütün stadion onu alqışa qərq etdi. Hətta, ötən ilin “Turan”ı çiyinlərində daşıyan Viktorun 2 qol vurması belə nigeriyalının alqışlanmasına əngəl olmadı. Tovuzlu azarkeşlərin centlmenliyi bunula bitmədi. Puponun Ronaldinyosayağı hərəkətləri zamanı alqışa tutulması futbolun bir əyləncə olmasını bir daha göstərdi. Lakin, Tovuzla bağlı xoş təəssüratlarımız bununla bitmədi. Məğlub olmalarına baxmayaraq, bizi gülərüzlə yola sadılar. Özüdə avtobuzumuzu xüsusi polis müşayəti ilə rayondan çıxana qədər təkib etdilər.  

 

Şamaxıda dayanmasaq günah olardı.

Və bu da qələbə..9 illik keçilməz “Turan” sindromu beləcə qırıldı. Qayıdarkən nikbin düşüncələrlə, üstəlik, uğurlu Gəncə də oturmamaq olmazdı. Axşam yeməyini bitirən komandamız 21:20-də Gəncədən ayrıldı. Geri dönərkən, Şamaxının müdhiş təbiətini təsirlənməmək olmazdı. Şamaxıda biziköhnə tanışları kimi qarşıladılar. Qələbə qazandığımı bildikləri anda sanki özləri udmuş kimi sevindilər. Və nəhayət 01:00 raddələrində 9 illik həsrəti gözəl zəfərlə bitirən yolçuluğun son mərhələsinə qdəm qoyduq. Saat 3-də Bakəya qədəm qoyduqda bütün furbolçular yol uzunluğunu unutduran gözəl qələbədən xumarlanırdı....

Paylaş

// pop up