9 `Qarabağ`lı, Əfran debütdəcə

single-news
26 Fev 2010

9 `Qarabağ`lı, Əfran debütdəcə



Azərbyacan millisi 2010-cu ilə qələbylə başlayıb. İordaniyada təlim-məşq toplanışında olan yığmamız yerli milliylə yoxlama görüşündə qüvvəsini sınayıb. Start heyətində `Qarabağ`ımızın  6 üzvü – Rəşad Sadıqov (K), Maksim Medvedev, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Vüqar Nadirov və Əfran İsmayılov  meydana çıxıb. Millimiz oyun başlar başlamaz Ramimlə hesabda önə keçən millimiz 31-ci dəqiqədə hesabı artırıb. `Qarabağ`ımızın millidə debüt edən vingeri Əfran İsmayılov uzun ötürməni qəbul edərək hesab arasındakı fərqi artırıb.

2-ci hissədə isə daha 3 `Qarabağ`lı meydanda olub. Fərhad Vəliyev qapıya keçib, Elvin Məmmədovla millidə debüt edən daha bir `Qarabağ`lı Rauf Əliyev şanslarından yararlana bilməyiblər.

Beləliklə, Azərbaycan millisi rəqibinə 2:0 hesabıyla qalib gəlib.

Paylaş

// pop up