9 `Qarabağ`lı millidə!!!

single-news
16 Fev 2010

9 `Qarabağ`lı millidə!!!



`Qarabağ`ımızın Azərbaycan futbolunda inqilabı davam edir.  Ölkə futbolunun inkişafı aspektində məqsədyönlü çalışmalar bəhrəsini verməkdədir. Və budur, rekord sayda, düz 9 (!!!) `Qarabağ`lı Azərbaycan millisinə dəvət alıb. Fevralın 22-indən Martın 3-nədək İordaniyada təlim-məşq toplanışı keçəcək, yerli milliylə yanaşı Lüksemburqla da yoxlama oyununda gücünü sınayacaq millimizin baş məşqçisi məhz bu sayda `Qarabağ`lıya dəvət göndərib.

Bu təlim-məşq toplanışında Fərhad Vəliyev, Rəşad Sadıqov, Rəşad Sadiqov, Maksim Medvedev, Elnur Allahverdiyev, Vüqar Nadirov, Elvin Məmmədovla yanaşı `Qarabağ`ımızın daha 2 gənc  üzvü – Əfran İsmayılov və Rauf Əliyev millidə debüt edəcək.

Ən qürurverici məqam isə ondan ibarətdi ki, hər 2 futbolçu məhz `Qarabağ` Futbol Klubunun yetirməsidir.

 

Paylaş

// pop up