9 `Qarabağ`lı milliyə çağrıldı
4 Apr 2011
9 `Qarabağ`lı milliyə çağrıldı
`Qarabağ`ımızın 9 futbolçusu milliyə çağrıldı. Aprelin 11-indən 14-ünə kimi Bakıda keçiriləcək təlim-məşq toplanışında məhz bu sayda futbolçumuz iştirak edəcək. Klubumuzun düşərgəsinə daxil olan faksda futbolçularımızın Aprelin 11-ində `Aeroport` otelində olması göstərilib. Millinin sonuncu toplanışında olan Fərhad Vəliyev, Rəşad Sadıqov, Elvin Məmmədov, Vüqar Nadirov, Rauf Əliyevlə yanaşı zədə üzündən kənarda qalan Samir Abasov, Maksim Medvedev, Əfran İsmayılov da yenidən millinin düşərgəsinə yollanacaq. `Qarabağ`ın 9-cu futbolçusu isə millinin debütantı olacaq. 19 yaşlı müdafiəçimiz Qara Qarayev ilk dəfə əsas millinin düşərgəsinə dəvət alıb.
Qara Qarayev:` Millidə çıxış etmək hər bir futbolçu üçün şərəfdir. Düzdü, dəvət mənim üçün bir qədər gözlənilməz oldu. Düzdü, toplanış sadəcə hazırlıq xarakteri daşıyır. Amma `Qarabağ`dan başqa komanda yoldaşlarımın olduğu üçün özümü yad hiss etməyəcəyəm. Təbii ki, ən böyük arzum gələcəkdə millidə daim çıxış etməkdir`