A. Kərimov:`Sevinirəm ki, gənclərmiz yüksək yer tutub`

single-news
22 Dek 2008

A. Kərimov:`Sevinirəm ki, gənclərmiz yüksək yer tutub`



Xəbər verdiyimiz kimi, "Qarabağ" Futbol Klubunun kollektivi arasında 2008-ci ilin ən yaxşı futbolçusu seçilib. 2 gənc Maksim Medvedev və Vaqif Cavadov hər kəsi qabaqlayıb. 3-cü pilləyə isə kapitanımız Aslan Kərimov layiq görülüb. 35 yaşlı canlı əfsanəmiz saytımıza seçim barəsində fikirlərini bildirib:" Açığı, belə bir müsabiqədən xəbərim yox idi. 3-cü yer tutmağıma gəlincə. Yəqin mənə hörmət ediblər. Hər halda, 2008-ci ildə komandamıza yetərincə faydalı olan futbolçular çox olub. Amma sevinirəm ki, gənclərmiz yüksək yer tutub. Həm Maksim, həm də Vaqif həqiqətən də arxada qalan ildə yaxşı təsir bağışladılar.  Bu gələcəyə ümid verir. Ancaq, ümid edirəm ki, bu fakt onları "yatızdırmaz". Kollektivin onlara etimad göstərməsini qiymətləndirmələri lazımdır. Daha da artıq çalışmaları gərəkir. Yaxşı futbolçu olmaq istəyirlərsə fədakarlıq etməlidirlər. Hər şey onların öz əlindədir." 

Paylaş

// pop up