Abbas Hüseynov: “Sumqayıt”la oyuna ciddi hazırlaşırıq”

single-news
7 Apr 2021

Abbas Hüseynov: “Sumqayıt”la oyuna ciddi hazırlaşırıq”



Komandamızın müdafiəçisi Abbas Hüseynov klubumuzun saytına açıqlama verib. Abbas Hüseynov Premyer Liqanın 21-ci turunda “Keşlə” ilə matçı (1:1) şərh edib, növbəti turda qarşılaşacağımız “Sumqayıt”la oyuna ciddi hazırlaşdıqlarını deyib:

 

“Keşlə” ilə oyunumuz olduqca gərgin mübarizə şəraitində keçdi. Oyuna yaxşı köklənmişdik. Qalib gələ bilməsək də, sona qədər mübarizə apardıq və bir xal qazandıq. Fikrimcə, oyunumuz yaxşı alındı. “Keşlə” öz evində yaxşı mübarizə aparan komandadır. Növbəti matçımız evdə “Sumqayıt”la olacaq. Bu oyunumuz da çətin keçəcək. Görüşə olduqca ciddi hazırlaşırıq. Əsas oyunçularımızdan zədəli olanlar var. Buna baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıb, müsbət nəticə qazanmaq istəyirik”.

 

Aprelin 11-i “Azərsun Arena”da baş tutacaq “Qarabağ” – “Sumqayıt” oyunu saat 19:15-də başlayacaq.

Paylaş