Abdolbari Goozal komandamızı ziyarət etdi FOTOLAR

single-news
20 Dek 2019

Abdolbari Goozal komandamızı ziyarət etdi FOTOLAR



"Qarabağ"ımızın prezidenti Abdolbari Goozal bu gün komandamızı ziyarət edib. İlk olaraq komandamızın baş məşqçisi Qurban Qurbanovla görüşən klub prezidentimizlə 2019-cu ildə qeydə alınan nəticələr müzakirə olunub və növbəti ildə istər ölkə çempionatında, istərsə də Avropada daha uğurlu nəticələrə inandığını bildirib. Daha sonra komandayla görüşən Abdulbari Goozal "Qarabağ"ın Avropa və dünyada tanınan bir klub olduğunu bildirib və növbəti ildə daha uğurlu nəticələr gözlədiyini futbolçulara çatdırıb.  Goozal bəy futbolçularla tək-tək görüşərək ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında  bu gün baş tutacaq "Keşlə"ylə oyunda uğurlar arzulayıb.

Paylaş