Abdolbari Goozal komandamızla görüşdü

single-news
11 Avq 2018

Abdolbari Goozal komandamızla görüşdü



"Qarabağ”ımız sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı BATE-ylə oyun üçün Belarusa yollanacaq. Belə vacib oyunöncəsi klubumuzun prezidenti Abdolbari Goozal bu gün komandamızı ziyarət edib. Son məşq öncəsi komandamızın bazasına gələn Abdolbari bəy ilk olaraq baş məşqçi Qurban Qurbanovla görüşüb. Komandanın son qarşılaşması, ümumiyyətlə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb. Daha sonra Goozal bəy komandamızla görüşüb. Nitqində BATE-ylə sonuncu qarşılaşmaya toxunan prezidentimiz məğlubiyyətə baxmayaraq komandaya inandığını, xüsusilə 2-ci hissədə komandamızın oyunundan məmnun qaldığını bildirib. Komandanın uzun illər Qurban Qurbanovla sabitlik yaxaladığını bildirən prezidentimiz "Qarabağ"ın artıq Avropada və dünyada tanınan bir klub olduğunu bildirib. Nəinki futbolda, həyatda düzgün strategiyanın vacibliyini vurğulayaraq "Qarabağ"ın uğurlarını sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu bildirib. Baş məşqçimizə, komandaya inamını nümayiş etdirən prezidentimiz Belarusda komandamızın müvəfəqiyyət qazanacağına inandığını vurğulayıb. Sonda Abdolbari Goozal komandamıza uğurlar arzulayıb.

Paylaş

// pop up