Abdolbari Gozal “Qarabağ”ı təbrik etdi

single-news
7 İyn 2024

Abdolbari Gozal “Qarabağ”ı təbrik etdi



“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gozal klubumuzun rəsmiləri ilə görüşüb. O, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel, Asif Əsgərov, Rafiq Şahverdiyev, Nazim Quliyev və baş məşqçi Qurban Qurbanovu qəbul edib.
Fəxri prezidentə komandamızın 2023/24 mövsümündə qazandığı Azərbaycan Premyer Liqasının çempionluq kuboku və Azərbaycan kuboku təqdim olunub. A. Gozal komandamızın avrokuboklarda uğurla çıxış etməsi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olması münasibətilə klubumuzun rəhbərliyi, baş məşqçisi, texniki heyəti, futbolçuları və uğurlarda əməyi keçən bütün əməkdaşlarını təbrik edib. Fəxri prezident komandamıza beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb. O, indiyədək olduğu kimi, bundan sonra da “Qarabağ”a lazım olan maddi və mənəvi dəstək verəcəklərini, komandamıza inamını da dilə gətirib.

Paylaş