ABDULBARİ GÖZƏL: "QARABAĞ" ADINI BİZ HƏMİŞƏ YAŞADACAQ, DAHA UCA ZİRVƏLƏRƏ QALDIRACAĞIQ"

single-news
16 İyl 2005

ABDULBARİ GÖZƏL: "QARABAĞ" ADINI BİZ HƏMİŞƏ YAŞADACAQ, DAHA UCA ZİRVƏLƏRƏ QALDIRACAĞIQ"



Bu gün "Azersun Holding"in iclas zalında "Qarabağ" Futbol Klubununun Prezidenti Abdulbari Gözəl bəy klub heyəti ilə görüş keçirdi. Görüşdə ötən ilə nəzər salınıb, gələcək planlar haqqında təkliflər söylənildi. İlk öncə, klub Prezidenti cənab Abdulbari Gözel bəy öz fikirlərini bölüşdü: "Qarabağ" Futbol Klubu Azərbaycanda tarix yazıb və buna heç kim şübhə edə bilməz. Lakin hər bir klubun enişli- yoxuşlu dövrü olur. "Qarabağ"ın məhz enişli dövründə biz "Qarabağ"ımızı ölməyə qoymadıq. Onu dirçəltdik, ona yiyə durduq, bununla da həmçinin Azərbaycan futboluna bir töhvə verdik. Biz təkcə kluba sponsorluq etməklə deyil, Azərbaycan futbolunda yeni bir mədəniyyətin əsasını qoyduq. Şirkət olaraq futbola böyük yatırımlar edərək, digər şirkətləri, iş adamlarını da buna yönəltdik. Mən bu gün sevinirəm ki, futbol inkşaf edir. Lakin istərdim ki, bu inkşaf təmiz olsun. Təəssüf ki, çirkinliklər də bu inkşafın fonunda müşahidə olunur. İndi bizim qarşımızda duran əsas vəzifə bu çirkinliklərlə mübarizə aparmaqdır." Bundan sonra cənab Abdulbari Gözəl bəy futbolçulara müraciət etdi: "Dünyada çox insanlar var ki, onlar həqiqətən də ağıllıdırlar. Lakin bir səviyyəyə çata bilməyiblər. Bunun da sadə bir səbəbi var: etimad, inam . Futbolda da bu əsasdır. Əgər siz təmiz oyun göstərib, öz adınızı qaldırsanız, bununla da komandaya faydalı olsanız, onda sizə inam da artar. Mən istəyirəm ki, "Qarabağ" futbolçuları təmiz və sadiq olsunlar, bununla da özlərini inkşaf etdirsinlər. İnandırıram ki, təmiz və sadiq adla Azərbaycan futbolu dünya futboluna adlar bəxş edə bilər. " Bundan sonra cənab Abdulbarı Gözəl bəy özünün şəxsən "Qarabağ"a nəzarət edəcəyini bildirdi: "Ötən il işlərin çoxluğundan futbola o qədər də vaxt ayıra bilmirdim və bütün cavabdehliyi Taher bəyə vermişdim. Amma indi bəzi başqa önəmli lahiyələrimiz var ki, Taher bəy o işləri həyata keçirməlidir. Bunlara nəzərə alaraq, bildirmək istəyirəm ki, bundan sonra birbaşa özüm hər şeyə nəzarət edəcəm. Bu nəzarəti isə, Emrah bey və digər idarə heyəti ilə birlikdə edəcəyik. Bu nəzarət şura formasında olacaq ki, şuraya da Emrah Çelikel, məşqçilər və digər klubda olan təcrübəli şəxslər daxıl olacaq. Bununla biz istəyirik ki, öz sistemimiz olsun. Bu sistem nə Avropa sayağı demokratiya olsun, çünki bizim mentalitetimiz fərqlidir, nə də Avtoritet bir quruluş yaradaq. Biz istəyirik ki, hər kəs öz sözünü deyə bilsin. Amma bunların başında nizam-intizam olsun. Nizam -intizamla birlik yaratmalıyıq. Birlik yaradaraq güclənməliyik. Mən bilirəm ki, ağır yoldayıq. Amma niyyətimiz təmizdirsə və biriksə onda heç bir çətinliklə üzləşməyəcəyik. Mən sizə söz verirəm ki, bizə olan bütün haqsızlıqlara qarşı mübarizə aparacam. Sizdən isə bir istəyim var: Sonuncu olun, amma təmiz və sadiq olun, baxımlı futbol sərgiləyin." Bundan sonra, ötən ildəki uğursuzluqlar müzakirə olundu. Klubun rəisi Ramiz Şahməmmədov, Baş məşqçi Elxan Abdullayev, futbolçu Mübariz Orucov öz fikirlərini bölüşdülər.Fikir mübadiləsi aparıldı. Gələcək haqqında təkliflər söylənildi. Səmimi söhbətdən sonra Klub prezidenti iclasa yekun vurdu: ""Qarabağ" adını biz həmişə yaşadacağıq, daha uca zirvələrə qaldıracağıq. Bu həm də bizim mənəvi borcumuzdur. Bu ölkəyə xidmət etmək lazımdır. Azərbaycanda bu il inkşaf 18 %-dir. Bu dünya rekordudur. Belə inkşaf edən ölkədə daha böyük işlər görmək üçün hamımız çalışmalıyıq. Hər kəs öz işini sevməlidir. Futbolçu da həmçinin. Məhz bundan sonra nəticə haqqında düşünməyə dəyər.Sizə işinizi sevməyi arzulayıram."

Paylaş