Abdullayev getdi, Süleymanov gəldi

single-news
24 Noy 2009

Abdullayev getdi, Süleymanov gəldi



Azərbaycan premyerliqasında növbəti istefa reallaşıb. Sonuncu turda `Qarabağ`ımıza uduzan `Olimpik-Şüvəlan`ın baş məşqçisi Əsgər Abdullayev uğursuzluqdan qurtulmaq üçün getməyi üstün tutub. 2006-cı ildən `təyyarəçi`ləri çalışdıran 50 yaşlı mütəxəssis 2007-2008 mövsümündə komandasına gümüş medalları qazandırıb. Abdullayevin xələfi də bəlli olub. Futbolçu kimi daha məşhur olan Nazim Süleymanov `Olimpik`in başına keçib. Süleymanov buna qədər 2 dəfə `Xəzər-Lənkəran`da çalışıb. Son dönəmlərdə isə  `Bakı`nın əvəzedici heyətiylə yanaşı U-21 millimizdə seleksiyaçı-məşqçi vəzifəsində çalışıb.

Paylaş

// pop up