"Aberdin" - "Qarabağ" matçının hakimləri
23 Avq 2021
"Aberdin" - "Qarabağ" matçının hakimləri
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin" (Şotlandiya) - "Qarabağ" cavab matçını Avstriyadan olan hakimlər idarə edəcək.
Harald Lexner matçın baş hakimi olacaq. Andreas Haydenrayx və Maksimilian Kolbitç isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Yulian Veynberger yerinə yetirəcək.
"Aberdin" - "Qarabağ" oyunu avqustun 26-da Bakı vaxtı ilə 22:45-də "Pittodri" stadionunda baş tutacaq.
