Abuzər yüngül atletlərlə məşq edir (FUTBOL+, 18.08.2005)

single-news
18 Avq 2005

Abuzər yüngül atletlərlə məşq edir (FUTBOL+, 18.08.2005)



"Qarabağ"ın yollarını ayrıdığı Abuzər İbrahimov da klubsuz qalıb. Ancaq Abuzər tələsik qərar vermək fikrində deyil və gözləmə mövqeyi tutur. Yəni İbrahimov hansı klub gəldi onunla anlaşmağı düşünmür. Bir qrup kənarda qalan oyunçularla məşq edən 30 yaşlı müdafiəçi hazırlığına xüsusi diqqət yetirir. Belə olmasaydı, o xüsusi proqram üzrə çalışmazdı. Abuzərlə söhbətimizdə məlum oldu ki, o artıq iki aydı yüngül atletlərlə birgə məşq edir. Olimpiya manejində bu idman növüylə məşğul olanlarla birgə məşq prosesi keçən İbrahimov bununla da ilk növbədə fikizi hazırlığının lazımi səviyyədə olmasına çalışır. Bunun üçün Abuzər proqramda göstərilən fiziki təmrinləri yerinə yetirir.

Paylaş

// pop up