AÇ-nin püşkü atıldı. Almaniya və Türkiyə
AÇ-nin püşkü atıldı. Almaniya və Türkiyə
2012-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılıb. Polşanın paytaxtı Varşavada baş tutan mərasimdə Azərbaycan millisi A qrupunda yer alıb. Rəqibimiz isə köhnə-yeni millilərdir. Ötən tsikldə birgə çıxış etdiyimiz Almaniya bu dəfə də qrupun favoritidir. 8 il sonra yenidən qardaş Türkiyə ilə münasibətləri aydınlaşmalı olacağıq. Belçika və Qazaxıstanla isə 1 tsikl öncə eyni qrupda mübarizə aparmışıq. Elə Avstriya yığması da bizim üçün yad rəqib deyil.
A qrupu: Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan, AZƏRBAYCAN
B qrupu: Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra
C qrupu: İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer adaları
D qrupu: Fransa, Rumıniya, Bosniya və Herseqovina, Belarus, Albaniya, Lüksemburq
E qrupu: Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San-Marino
F qrupu: Xorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta
G qrupu: İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya
H qrupu: Portuqaliya, Danimarka, Norveç, Kipr, İslandiya
I qrupu: İspaniya, Çexiya, Şotlandiya, Litva, Lixtenşteyn