ACINACAQLI MƏĞLUBİYYƏT

single-news
12 Apr 2005

ACINACAQLI MƏĞLUBİYYƏT



"QARABAĞ" - 1.R.Mehdiyev, 3.A.Kolinenko, 6.S.Abbasov, 8.A.Cabbarov(17.V.Nadirov,78), 15.M.Orucov, 2.A.Kərimov, 20. R.Musayev(19.E.İmaməliyev, 66), 21.İ.Məmmədov(14.İ.Karamanov,59), 91.D.Sokolovski, 9.S.Musayev, 10.V.Vasilyev. "İNTER" - 1.V.Varivonçuk, 2.Z.Həşimov, 3.M.Namazov, 4.M.Makovski(14.A.Ömərov,66), 8.E.Baxşiyev, 9.Elşən Məmmədov(20.R.Sayadov,69), 11.Elnur Məmmədov(10.A.Ponomaryov,46), 17.O.Rəcəbov, 18.Y.Kotov, 21.V.Makovski, 23.S.Çernyak. Qol: 23.S.Çernyak, 5 dəqiqə. Oyun qarşılıqlı hücumlarla başladı. 4-cü dəqiqədə Samir Abbasov cərimə meydançasının yaxınlığında qaydanı pozdu. Çernyak isə yandan asmasını qapıya yönləndirdi.. 1:0 Bundan sonra oyundan ərazi üstünlüyü bütünlüklə komandamızın tərəfində olsa da, son zərbəni vuran tapılmırdı. İlk real qol vəziyyəti isə 29-cu dəqiqədə oldu. Lakin Aslan Kərimovun müdhiş zərbəsini "İnter"in qapıçısı kornerə göndərə bildi...44 dəqiqədə İsmayıl - Samir - Vadim kombinasiyası sonuncunun yavaş zərbəsi ilə başa çatdı. İkinci hissə başlayan kimi, Mübarizin cərimə meydançasına asmasından Samir istifadə edə bilmədi.68-ci dəqiqədə İvan Karamanovun Vadim Vasilyevdən aldığı ötürməni zərbə ilə başa vura bilmədi. 75-ci dəqiqədə "İnter"in 8 nomrəli futbolçusu Elmar Baxşıyev oyundan çıxarıldı. Lakin bu da "Qarabağ"a qol vurmaq üçün yetərli olmadı... Final fiti, və məğlubiyyət. Bu günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınmışdır: ”Karat” - “Neftçi” 0:4 ”Gənclərbirliyi” - “Bakı” 1:1 MOİK - “Xəzər-Lənkəran” 0:1 ”MKT-Araz” - “Gəncə” 0:0 "İnter"- "Qarabağ" matçından fotogörüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş