Açıqlama

single-news
8 Fev 2012

Açıqlama



Dünən axşam raddələrində Ukrayna mətbuatında `Qarabağ`ımızın futbolçusu Ansi Aqollinin komandamızın düşərgəsini tərk edərək Ukraynanın `Krivbass` klubuyla müqavilə bağladığı xəbəri yayılıb. Rəsmi olaraq bildiririk ki, bu xəbərin heç bir hüquqi əsası yoxdur. Ansi Aqollinin `Qarabağ`la mövsümün sonuna qədər müqaviləsi var. Və hazırda `Qarabağ`ın heyətində premyerliqanın hazırlıqlarında iştirak edir. Müdafiəçimiz saytımıza verdiyi açıqlamada bu barədə belə danışıb:` Vallah, bu xəbər mənim üçün maraqlıdı ki, necə meydana çıxıb. `Qarabağ`ı atıb hara getmişəm? İndicə yatırdım. Məni yuxudan oyatdınız. Gördüyünüz kimi Bakıda, `Qarabağ`ın düşərgəsindəyəm. Belə şayiələrə fikir vermirəm. Ötən qış `Qarabağ`la il yarımlıq müqavilə bağlamışam. Sazişin sonuna hələ 6 ay var. Mən hələ uzun illər `Qarabağ`ın formasını daşımaq istəyirəm. Ukraynadan heç kim mənimlə əlaqə saxlmadığı halda belə əsassız olay meydana çıxıb.`

Paylaş

// pop up