AÇIQLAMA.

single-news
6 Yan 2005

AÇIQLAMA.



Son günlər bəzi mətbuat orqanlarında komandamız haqqında həqiqətəuyğun olmayan yazılar yer almaqdadır. Konkret olaraq hər bir yazıya öz mövqeyimizi bildiririk: 04.01.2005 ci il tarixində “Het-Trik” qəzetində getmiş “Qarabağ” Ponomaryovla vidalaşır?” sərlövhəli yazıda guya komanda baş məşqçisindən imtina edəcək. Bildirmək istəyirik ki, “Qarabağ” komandasının baş məşqçisi İqor Ponomaryov bu günlərdə Bakıya dönəcək və komanda ilə birgə ayın 10- da Antalyaya təlim-məşq toplanışına yollanacaq. Həmin tarixdə “Futbol +” qəzetində “Vadim də “Qarabağ”dan gedir” sərlövhəli yazıda bildirilir ki, guya Vadim Vasilyevin özü komandanı tərk edəcəyini deyib.Bildirmək istəyirik ki, Vadim komandanı tərk edəcəyi barədə heç bir mətbuat orqanına heç nə deməyib, heç bir komandaya da getmək fikri yoxdur. Vadimin komandadan getməsi şayiədən başqa bir şey deyil. 06.01.2005 ci il tarixdə “Futbol +” qəzetində “Aslan Kərimov “MKT-Araz”la müqavilə bağlayıb” sərlövhəli yazı yer alıb. Məlum edirik ki, Aslan Kərimovun müqaviləsi var və bu müqavilə “Qarabağ” Futbol Klubu ilədir. Elə həmin nömrədə “Mehman Yunusovdan şok etiraf” sərlövhəli yazıda Vadim Vasilyevlə birgə Ruslan Musayevin də guya komandanı tərk edəcəyi fikri söylənilir.Ruslan Musayev də heç bir komandaya getmək fikri yoxdur, o da komandanın təlim- məşq toplanışına qatılacaq. Ruslanin müqaviləsi hələ 30.06.2006-cı ildə başa çatır. Bir daha bildiririk ki, adı çəkilən hər bir futbolçunun “Qarabağ” FK ilə müqaviləsi var və bu müqaviləyə əsasən də onlar “Qarabağ”lıdırlar. “Qarabağ” FK hər bir mətbuat orqanına hörmətlə yanaşır, onların hər bir istəyinə diqqət göstərib, müvafiq cavablar verir. Təssüf edirik ki, göstərilən mətbuat orqanlarında əsaslandırılmamış yazılar hələ də yer almaqdadır. Halbuki, bu yazılar yazılarkən “Qarabağ”ın da rəsmi mövqeyinin göstərilməsini vacib sayırıq. Klub olaraq, bir daha bildirmək istəyirik ki, baş verən hər bir yenilik indiyə qədər olduğu kimi, bundan sonra da açıq, obyektiv olaraq mətbuat orqanlarına ötürüləcək. “Qarabağ” FK-nun Mətbuat Xidməti.

Paylaş