AÇIQLAMA

single-news
29 Apr 2005

AÇIQLAMA



Klubumuzun növbəti ev oyunlarını Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda keçirəcəyi barədə verdiyi xəbər birmənalı qarşılanmayıb. Bu səbəbdən bəzi nüanslara diqqəti yönəltmək istəyirik. Hələ çempionatın əvvəlindən AFFA-ya ünvanladığı “Qarabağ” FK-nun 22.07.2004-cü il QA- 19/04 saylı məktubunda ev oyunlarının keçirilməsi üçün T.İsmayılov adına Suraxanı qəsəbə stadionu göstərilmişdir. Bundan sonra AFFA-nın stadionlara baxış üçün yaratdığı komissiyada məhz bu stadionu “Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion kimi təstiq edib. Buna görə də ilk dövrədə məhz bu stadionda “Qarabağ” FK ev oyunlarını keçirirdi. Birinci dövrə başa çatdıqdan sonra, stadionun ot örtüyünün yenilənməsi üçün təmirə başlanıldı və bu təmir müddəti başa çatmadığından, məcbur olaraq, ev oyunlarımızı “Şəfa” stadionunda keçirdik. Lakin Suraxanı qəsəbə stadionundakı təmir işləri artıq başa çatdığından, “Qarabağ” FK qalan ev oyunlarını birinci dövrədə olduğu kimi, yenə də həmin stadionda keçirəcək. Sabit bir meydançada oyunlarımızı keçirməmək haqqında deyilən məsələni də düzgün saymırıq. Çoxlu misallarla çempionat dövründə ev oyunlarını hətta dörd meydançada keçirən klublarımız var. Ona görə də bizə irad tutmaq yersizdir. Biz sadəcə meydança dəyişmir, öz meydançamıza qayıdırıq. Mediyada buna etiraz olaraq, niyə görə növbəti matçın da “Şəfa”da deyil, məhz T.İsmayılov adına stadionun bərbad vəziyyətdə olan meydançasında keçirmək istəyi barədə “Neftçi” FK-nun baş məşqçisinə istinadən xəbərlər yayılıb. Bildirmək istəyirik ki, T.İsmayılov adına stadionun ot örtüyü heç də, deyildiyi kimi bərbad vəziyyətdə deyil, əksinə bir çox Milli Çempionatımızın keçirildiyi stadionlarımızdan yaxşı vəziyyətdədir. Bunu sübut kimi, maraqlı olan hər bir kəsi həmin stadiona dəvət edirik. Söhbət standartlardan gedirsə, buyurun baxın. İnsidentlərin yaşanacağına dair isə bildirmək istəyirik ki, meydança dairəvi hasara alınıb və azarkeşlərin meydana daxil olması qeyri mümkündür. Belə söz- söhbətlərlə ajeortaj yaratmaq lazım deyil. Sadəcə futbol oyununu izləmək, Milli çempionatımızın matçlarından həzz almaq lazımdır. "QARABAĞ" FK MƏTBUAT XİDMƏTİ.

Paylaş