AÇIQLAMA

single-news
21 Sen 2006

AÇIQLAMA



Bəzən mətbuat orqanlarında həqiqəti əks etdirməyən yazılar da yer alır. Belə tip yazılarda hər hansı futbolçunun transferə çıxarılması, başqa kluba keçməsi və s. tipli düzgün olmayan xəbərlər gündəmə gətirilir. Bu yazılara münasibət bildirmədikdə isə, bu yazıya istinadən digər yazılar mətbuatda yayılır ki, bu da sonda geniş tamaşaçı auditoriyasının düzgün məlumatlandırılmamasına gətirib çıxarır. Belə tip yazılardan biri “Futbol+Qol” qəzetinin 21 sentyabr, 2006-cı il tarixli, 106 (404) saylı nömrəsində ışıq üzü görmüş “QARABAĞ”DAN NADİROVA 120 MİNLİK TƏKLİF sərlövhəli yazıdır. Yazıda güya Baş Məşqçimizı komandadakı hücum xəttinin narahat etdiyi, bu səbəbdən başqa klubun hücumçusu ilə danışıqlar aparıldığı vurğulanır. Bu səbəbdən, hal-hazırda başqa bir klubun futbolçusu olan Vüqar Nadirovun komandamızla ilkin razılığa gəldiyi də bildirilir. Yazıda diqqət çəkən məqamlardan biri də futbolçu ilə bağlanacaq müqavilənin müqavilində ödənəcək məbləğ də açıqlanır. “Qarabağ” Futbol Klubu olaraq bəyan etmək istəyirik ki, biz hal-hazırda heç bir klubun futbolçusu ilə danışıqlar aparmırıq. Hər hansı bir Futbolçunun müqaviləsi olduğu müddətdə də “Qarabağ” Futbol Klubu başqa klubun futbolçusu ilə danışıqlar prosesi aparmır. Belə yazılarda Klubun mövqeyinin olmaması yazının həqiqətə uyğun olmamasının bir göstəricisidir. Azarkeşlərimizə komandamız adından belə tip yazılara həssas yanaşmalarını xahiş edirik. “QARABAĞ” FK MƏTBUAT XİDMƏTİ

Paylaş

// pop up