Adama Diakabi tibbi müayinədən keçib
13 Yan 2023
Adama Diakabi tibbi müayinədən keçib
Yeni transferimiz Adama Diakabi “Medical Park Antalya” kompleksində tibbi müayinədən keçib.
Müayinədən sonra Adama Diakabi “Medical Park Antalya”nın tibb personalına təşəkkür edib:
"Bizə xüsusi diqqət ayrıdıqları üçün kompleksin həkimlərinə təşəkkür edirəm. Bütün tibb heyətinin dost davranışı məni çox xoşbəxt etdi".